RU

Ağcabədidə keçmiş məhkum 2 kiloqram narkotiklə yaxalandı


Ağcabədidə 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Bu barədə mediaya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunan Allahşükür Məmmədov saxlanılıb. Onun yaşadıǧı ünvandan satış məqsədi ilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram psixotrop maddə metamfetamin aşkarlanıb. A.Məmmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub. Mətləb
Избранный
12
14
baki-xeber.com

10Источники