RU

38 ailə də doğma Horovluya qovuşdu

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünən növbəti köç karvanı ilə Ho­rovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 38 ailə olmaqla, 139 nəfər köçürü­lüb. Bununla da Horovlu kəndində 132 ailə olmaqla, 541 nəfərin məskunlaşması təmin olunub. Onlar respublikanın müxtəlif əra­zilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda mü­vəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazi­də 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkə­si – su, işıq, qaz və yüksəksürətli internetlə təmin olunub. Həmçinin Günəş panelləri qu­raşdırılıb. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yer­lik körpələr evi–uşaq bağçasının, ikimərtə­bəli inzibati binanın, bazar kompleksi­nin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzi­nin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış kəhrizlər bərpa edilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
1
xalqqazeti.az

2Источники