RU

Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu

Bu gün saat 06 radələrində Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) istinadən xəbər verir ki, E.Abdullayev “Nissan” markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi “VAZ” markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən “KİA” markalı avtomobillə toqquşub.

Nəticədə A.Quliyev xəsarət alıb. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb. Faktla bağlı araşdırma aparılır.

Yol polisi hadisənin nasaz avtomobil tərəfindən törədildiyini bildirib.

Избранный
95
20
publika.az

10Источники