RU

Maduro Türkiyəyə qaça bilər - KİV

Venesuela Prezidenti Nikolas Maduro Türkiyəyə qaça bilər bilər.

Missiya.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məxfi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin Karib dənizindəki hərbi fəaliyyəti Venesuela ilə münasibətləri xeyli gərginləşdirib.

"Narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Venesuelaya qoşun yeridən ABŞ Prezidenti Donald Trampın administrasiyası Maduronu "terrorçu lider" elan edib və onun başına 50 milyon dollar mükafat təyin edib”, - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
68
missiya.az

1Источники