Beyləqan rayonunda yaşadığı evdə meyiti tapılan qadının boğularaq öldürüldüyü məlum olub.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, rayonun Bolsulu kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayeva Nazilə Hüseyin qızının yaşadığı evdə meyiti aşkarlanıb.
İlkin məlumata əsasən, o, boğularaq öldürülüb.
Faktla bağlı araşdırma başlanıb.
"Cebheinfo.az"