RU

Həndbol üzrə Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrılıb

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə yollar ayrılıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, buna komandanın uğursuz nəticələri səbəb olub.

Yığma son olaraq, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan yığmasına rəhbərlik edirdi. Mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasından da istefaya göndərilib.

İdman.Biz

Избранный
94
2
idman.biz

3Источники