RU

Sahibə Qafarova Çin parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Milli Məclisin sədri Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin (parlament) sədrinə başsağlığı məktubu ünvanlayıb.

Moderator.az xəbər verir ki, S. Qafarova çinli həmkarı Cao Lıciyə ünvanladığı məktubda Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olmasından və yaralanmasından kədərləndiyini bildirib.

Spiker Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinə, həlak olanların ailələrinə, yaxınlarına, bütün Çin xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Xatırladaq ki, noyabrın 26-da dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğın binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başlayıb və küləyin təsiri ilə sürətlə yayılıb.

Son rəsmi məlumata görə, yanğın nəticəsində ölənlərin sayı 128 nəfərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
125
11
moderator.az

10Источники