Türkiyədə dana ətinin qiymətində növbəti dəfə artım qeydə alınıb. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə İstehlakçılar Cəmiyyəti açıqlama yayıb. Məlumatda Ankara və İstanbulda dana ətinin 60 lirə bahalaşaraq 510 lirəyə (təxminən 20 AZN) çatdığı bildirilir. "2026-cı ilə kimi qiymət sabit qalacaq. Məqsəd bayramda hamının ət almağını təmin etməkdir", - verilən açıqlamada qeyd olunur.Məlumat üçün bildirək ki, Ankara və İstanbuldan fərqli olaraq Türkiyənin əyalətlərində dana əti nisbətən ucuz qiymətə satılır. Aqrar rayonlarda bu qiymət 17-18 manat təşkil edir.