RU

Fidan Tehran səfərinə hazırlaşır

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan yüksək səviyyəli İran rəsmiləri ilə bir sıra yüksək səviyyəli görüşlər üçün bazar günü Tehrana səfər etməyi planlaşdırır.

"Yeni Sabah" təsnim-ə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib.

Onun sözlərinə görə, Fidan xarici işlər naziri Abbas Əraqçi və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

Müzakirələr ikitərəfli münasibətləri, regional hadisələri və beynəlxalq məsələləri əhatə edəcək. Türkiyə diplomatik mənbələri bildiriblər ki, danışıqlarda Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının gücləndirilməsi və onun doqquzuncu iclasına hazırlıq işlərinin nəzərdən keçirilməsi müzakirə olunacaq.

Onlar qeyd ediblər ki, hər iki tərəf təhlükəsizlik və terrorla mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiqdir. Rəsmilərin, həmçinin sərhəd ticarət infrastrukturunun inkişaf etdirilməsi və ikitərəfli ticarətin 6,5 milyard dollardan 30 milyard dollara yüksəldilməsi məsələlərini müzakirə edəcəyi gözlənilir. Fidan Qəzza, Suriya və İsrailin bölgədəki hərəkətləri də daxil olmaqla, regional sabitlik barədə İran rəsmiləri ilə fikir mübadiləsi aparacaq. İranın nüvə proqramının sülh yolu ilə həlli də müzakirələrin bir hissəsi olacaq.

Rusiya ilə Ukrayna arasındakı müharibə, Cənubi Qafqazda baş verən hadisələr, Pakistan-Əfqanıstan münasibətlərində gərginliyin azaldılması səyləri əlavə gündəm bəndləridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
378
44
yenisabah.az

10Источники