RU

Sənan Qurbanovun Samir Abasovdan fərqi... - o, Emin Mahmudov tilsimini qırdı

“Neftçi” Samir Abasovun gedişindən sonra ilk oyununa çıxdı. Komandanı "Turan Tovuz"a qarşı matçda meydana Sənan Qurbanov çıxardı.

Bəs uzun müddətdi baş məşqçi kimi çalışmayan mütəxəssis sabiq çalışdırıcıdan fərqli nə etdi?

O, "çərçivə"də və müdafiə xəttində sabitliyi qorudu. Yeganə dəyişiklik sağ cinahda Falaye Sakonun əvəzinə Kristian Kostinin oynaması idi.

Yarımmüdafiənin dayağında isə Sessi D’Almeyda və İfeanyi Metyu cütlüyünə güvəndi. Abasov da bu futbolçulara güvənirdi. Amma birgə yox. Bir yerdə oynadanda da, irəlidə Emin Mahmudovu döyüşə atırdı. Sənan Qurbanov isə Mahmudov tilsimini qırdı. Varqası 10 nömrə mövqeyində sınadı. Sağ cinahda Faraj oynasa da, sol cinahda Bassala Sambu top qovdu. Onun daha çox müdafiəyə kömək etdiyi görünürdü. Tam olaraq 4-2-3-1 taktiki sxemi də demək olmaz. Hücumun sivri ucunun adı isə sabitdi - Vensan Abubakar!

MÜZƏFFƏR QULUZADƏ

Избранный
59
1
football-plus.az

2Источники