RU

Avropada su ehtiyatları ciddi şəkildə azalıb

Bakı. Trend:

Avropada su ehtiyatları sürətlə azalmaqdadır.

Trend “Spiegel”nəşrinə istinadla xəbər verir ki, Britaniyada aparılan araşdırmanınnəticələrinə əsasən, xüsusilə Cənubi və Mərkəzi Avropa ölkələrində,o cümlədən İspaniya, İtaliya, Fransa, Almaniya və Polşada soniyirmi ildə torpaq və yeraltı su ehtiyatları ciddi şəkildəazalıb.

Tədqiqatçılar iqlim dəyişikliyini bu prosesin əsas səbəbi kimigöstərirlər. Yeraltı suların azalması kənd təsərrüfatı, içməli sutəminatı və ekosistemlər üçün ciddi təhlükə yaradır. Analiznəticəsində Skandinaviyada və Şimali-Qərbi Avropada rütubətinartdığı, lakin Cənub və Cənub-Şərqi Avropada quraqlığındərinləşdiyi müəyyən olunub.

Qeyd edək ki, Avropa Komissiyasının hazırladığı sumüqavimətliliyi strategiyasında 2030-cu ilədək su istifadəsində ənazı 10 faiz səmərəlilik artımı nəzərdə tutulur. Tədqiqatdaİspaniyanın azalan su ehtiyatlarının digər Avropa ölkələrinə,xüsusilə meyvə və tərəvəz idxal edən ölkələrə birbaşa təsir göstərəbiləcəyi vurğulanıb.

Избранный
135
8
az.trend.az

10Источники