RU

İndoneziyada sel fəlakəti - 442 nəfər həlak oldu

İndoneziyanın Sumatra adasında güclü yağışların yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 442-yə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, 400-dən çox insan itkin düşüb, 646 nəfər isə yaralanıb. Fəlakət bölgəsində yolların bağlanması və infrastrukturun zədələnməsi səbəbindən humanitar yardım bəzi ərazilərə yalnız helikopterlə çatdırılır. Axtarış-xilasetmə işləri çətin hava və relyef şəraitinə baxmayaraq, davam edir.

Meteorologiya Agentliyi isə qeyri-sabit hava şəraitinin bir neçə gün daha davam edəcəyini açıqlayıb.

Избранный
159
1
bakivaxti.az

2Источники