RU

Gürcüstanda elektroşoker və gözyaşardıcı qaz balonları qadağan edilir

ain.az bildirir, Sherg.az portalına istinadən.

Gürcüstan parlamenti vətəndaşlar üçün elektroşokerlərin satışının qadağan edilməsini nəzərdə tutan "Silahlar haqqında" Qanuna düzəlişləri müzakirə edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Georgia" nəşrinə istinadən məlumat yayıb.

Düzəlişlərə əsasən, elektroşokerlərin istehsalına, saxlanmasına, daşınmasına görə 500 lari (185 ABŞ dolları), təkrarlanan cinayətə görə isə 1 000 lari (370 ABŞ dolları) cərimə tətbiq olunacaq.

Bundan əlavə, qanun özünümüdafiə halları istisna olmaqla, kiçik qaz balonlarının açıq şəkildə daşınmasını və ictimai yerlərdə nümayiş etdirilməsini qadağan edəcək. Gözyaşardıcı qaz balonlarının satışı, istehsalı, təmiri, idxalı və ixracı üçün lisenziya tələb olunacaq. Lisenziyanın qiyməti 100 lari (37 ABŞ dolları) təşkil edir. Lisenziyasız qaz balonlarının satışı, daşınması və təmiri ilk dəfə 5 000 lari (1 850 ABŞ dolları), təkrar törədildikdə isə 6 000 lari (2 225 ABŞ dolları) cərimə ilə cəzalandırılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
sherg.az

1Источники