RU

Honq Konqda 146 nəfərin öldüyü yanğına səbəb olan nöqsanlar bəlli olub

BAKI, 1 dekabr. TELEQRAF

Honq Konqda baş verən böyük yanğında azı 146 nəfər həlak olub, 200 nəfər isə hələ də itkindir. İstintaqın ilkin nəticələri binada ciddi səhlənkarlıqlar və təhlükəsizlik qaydalarının pozulması olduğunu göstərir.

Teleqraf xəbər verir ki, yerli medianın yazdığına görə, sakinlərin aylarla yanğın siqnalizasiya sistemi və söndürmə qurğularındakı nasazlıqlar barədə etdiyi şikayətlərə baxmayaraq, heç bir tədbir görülməyib.

Yanğının səbəbi hələ dəqiqləşməsə də, istintaq bina fasadında quraşdırılan bambuk üzlüklərin alışmasını əsas səbəb olduğunu bildirir.

Hadisə zamanı fasadı örtən yaşıl qoruyucu tor alovlanmanı sürətləndirib. Təmizlik və yenilənmə işləri görən işçilərin siqaret çəkdiyi görüntülər üzə çıxıb. Həmçinin pəncərə yenilənməsi zamanı istifadə edilən izolyasiya köpükləri yanğını daha da şiddətləndirib.

Избранный
40
teleqraf.com

1Источники