RU

Sabiq idman naziri: Ronaldo qazandığı pullara layiq olan yeganə əcnəbi oyunçudur

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Səudiyyə Ərəbistanının keçmiş idman naziri Şahzadə Abdullah bin Mossad Əl-Nəsr hücumçusu Kriştiano Ronaldo haqqında danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Goal"a açıqlama verib:

"Ronaldo liqaya və ölkəyə gətirdiyi şöhrət sayəsində qazandığı pullara layiq olan yeganə əcnəbi oyunçudur. Bir çoxları layiq olduqlarından daha çox maaş alırlar. Ronaldonun liqaya gətirdiyi beynəlxalq şöhrət misilsizdir. O, maaşına görə qarşılığını verən yeganə əcnəbi oyunçudur. Başqa heç kim liqa üçün ondan artıq iş görməyib".

Qeyd edək ki, Ronaldo bu mövsüm meydana çıxdığı 12 oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
sport24.az

1Источники