RU

Azərbaycana yeni radarlar gətirilib Sürətlə gəlib yavaşlamaq işə yaramayacaq

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, ödənişli yola radarlar quraşdırılıb.

Milli.Az xəbər verir ki, bu radarlar digərlərindən fərqlənir. Belə ki, onlar smart radarlardır və sürücünün orta sürətini müəyyənləşdirə bilir. Yəni, artıq radara çatanda sürəti yavaşlatsanız belə, cərimə oluna bilərsiniz. Bu ağıllı sistem 2 radar arasındakı məsafəyə uyğun orta sürətinizi müəyyən edəcək və limiti aşsanız bunu biləcək.

129 kilometrlik yol boyunca 20 radar quraşdırılacaq.

Qeyd edək ki, radar quraşdırılması yol ödənişli olduğu üçün narazılıqla qarşılanıb. Lakin, hazırda sürəti 110 km/saat müəyyənləşdirilmiş yolda həddin artırılması istiqamətində dəyişikliyin edilməsi də nəzərdə tutulub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
1
news.milli.az

2Источники