RU

Dünyanın ən yaxşı 100 silah istehsalçısının gəliri artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, 2024-cü ildə dünyanın ən böyük silah istehsalçıları gəlirlərini artırıblar.

Banco.az xəbər verir ki, ilk 100 şirkətdən 77-si il ərzində ümumilikdə 679 milyard dollar gəlir əldə edib ki, bu da ötən illə müqayisədə 5,9% çoxdur.

ABŞ-da qeydiyyatdan keçmiş 39 silah istehsalçısı reytinqdə ən böyük paya malik olsa da, bu göstərici son on ilin ən aşağı səviyyəsidir.

Bununla belə, onların ümumi gəliri 3,8% artaraq 334 milyard dollara çatıb.

Reytinqin ilk üçlüyünə "Lockheed Martin", "RTX Corporation" və "Northrop Grumman" rəhbərlik edir.

Ekspertlər bildirirlər ki, gəlirlərin artması silah istehsal gücünün genişlənməsi və alıcı ölkələrin müdafiə sifarişlərinin çoxalması ilə bağlıdır.

Избранный
22
1
banco.az

2Источники