RU

ABŞ sakinlərinin yarıdan çoxu yadplanetlilərə inanır

ABŞ sakinlərinin yarıdan çoxu kosmosdan gələn varlıqların mövcudluğuna inanır. Hakimiyyet.az xəbər verir ki, bu, britaniyalı analitik şirkət YouGov-un keçirdiyi sorğudan məlum olub.

Tədqiqatın nəticələrinə görə, amerikalıların 56 faizi yadplanetlilərin mövcud olduğuna inanır. Bu rəqəmin 61 faizi Demokratlar Partiyasının tərəfdarlarıdır. Respublikaçılar arasında isə yadplanetlilərə inananların sayı cəmi 46 faizdir. Bununla yanaşı, amerikalıların yalnız 30 faizi hesab edir ki, naməlum uçan obyektlər yadplanetlilərin gəmiləridir. Sorğuda iştirak edənlərin 45 faizi bu fenomenlərin başqa izahı olduğunu düşünür. Respondentlərin 47 faizi isə bildirir ki, yadplanetlilər artıq Yerə baş çəkiblər.

Избранный
15
hakimiyyet.az

1Источники