RU

"Sumqayıt"ın futbolçusu Premyer Liqada 20-ci qolunu vurub

BAKI, 1 dekabr. TELEQRAF

“Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom Misli Premyer Liqasında 20-ci qolunu vurub.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi XIII tura təsadüf edib.

32 yaşlı fransalı hücumçu “Şamaxı” ilə səfər görüşündə fərqlənib. Ramalinqom “Səbail”də 15, “Sumqayıt”da 5 dəfə fərqlənib. O, 20-ci qoluna 47-ci matçında imza atıb.

Qeyd edək ki, Aleksandr Ramalinqom turnirin tarixində ən azı 20 qol vuran 173-cü futbolçudur. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.

Избранный
77
5
teleqraf.com

10Источники