RU

Millimiz bu gün Gürcüstanla qarşılaşacaq

Yazını böyüt
Yazını kiçilt

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyuna çıxacaq.

Hafta.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Kukus” stadionunda keçiriləcək qrupun son görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qarşılaşmanı Maltadan olan baş hakim idarə edəcək.

Избранный
24
2
hafta.az

10Источники