RU

Hazırda 40 milyon insan QİÇS-lə mübarizə aparır - Səhiyyə nazirinin müavini

Bakı.Trend:

Hazırda 40 milyon insan QİÇS-lə mübarizə aparır. Təqribihesablamara görə hər il QİÇS-dən 35-40 milyon insan vəfat edir.

Trend xəbərverir ki, bunu bu gün Səhiyyə Nazirinin müavini Nadir ZeynalovÜmumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda çıxışızamanı bildirib.

“QİÇS bir xəstəlik kimi ötən əsrin 80-ci illərindən bəşəriyyətəməlumdur. Xəstəliyin müalicəsi və profilaktikasında böyüknailiyyətlər əldə olunub. QİÇS-in effektiv müalicə üsulu var.Bununla QİÇS-in immunitetdəki səviyyəsini azaltmaq olur ki, bu dayoluxmaların qarşısını alır”, - o əlavə edib.

N. Zeynalov qeyd edib ki, QİÇS-lə bağlı ən çətin vəziyyət Afrikaölkələrindədir:

“Ölkəmizdə isə bu xəstəliklə bağlı epidemioloji vəziyyət xeyliyaxşıdır. Amma bu bizi arxayın etməməlidir. Çünki virusu tamamiləyox etmək yolu yoxdur. Bu xəstəliklə bağlı tibbi məsələlər müəyyənqədər həll olunsa da, stiqma və diskriminasiya kimi sosialməsələlər hələ də həll olunmayıb. Dünyadakı bütün QİÇS-ə yoluxmuşinsanlar bu problemlərlə üzləşir”.

O vurğulayıb ki, QİÇS cəmiyyət tərəfindən qəbul olunmur: “Digərinsanlar QİÇS-ə yoluxmuş insanlardan çəkinir. Bu da müəyyənproblemlərə gətirib çıxarır. İnanıram ki, gələcəkdə bu xəstəliyəqarşı ya peyvənd, ya da daha effektiv müalicə üsulu tapılacaq.Bunun üçün nə qədər çox çalışsaq, bu işi addım-addım yerinə yetirəbilərik”.

Məqalədə:
Избранный
20
az.trend.az

1Источники