RU

Əcnəbilər Azərbaycanda ən çox hansı universitet və ixtisasları seçir? - RƏSMİ 

Son illərdə Azərbaycan ali təhsil məkanı sürətlə beynəlmiləlləşir və ölkə dünya üzrə minlərlə xarici tələbənin diqqətini cəlb edən regional elm və təhsil mərkəzinə çevrilir.

Tədrisin keyfiyyətinin yüksəlməsi, beynəlxalq akkreditasiyaların genişlənməsi, eləcə də ölkədəki sosial təhlükəsizlik və multikultural mühit əcnəbi tələbələrin seçimində mühüm rol oynayır.

Hazırda Azərbaycanda ali təhsil alan xarici tələbələrin böyük hissəsi əsasən paytaxtda yerləşən və geniş akademik imkanları ilə seçilən universitetlərə üz tutur.

Azərbaycanda ali təhsil alan əcnəbi tələbələrin ən çox üz tutduğu ilk beş universitetlər hansılardır? Həmçinin bu tələbələrin daha çox  hansı ixtisasalara üstünlük verirlər?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda ali təhsil alan əcnəbi tələbələrin ən çox üstünlük verdikləri ali təhsil müəssisələri  Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetidir:

"Həmçinin əcnəbi tələbələrin müraciətlərində Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu, Texniki və texnoloji ixtisaslar qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu və Təbiət ixtisasları qrupu ixtisas istiqamətləri üzrə daha yüksək tələb müşahidə olunur".

Избранный
7
azedu.az

1Источники