Azərbaycanda 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək insanın immunçatışmazlığı virusu (İİV) infeksiyası ilə yaşayan 11 min 260 nəfər Respublika Qazanılmış İmmunçatışmazlığı Sindromu ilə (QİÇS) Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.
Hafta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat yayıb.
Bildirilib ki, onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır:
"Ümumilikdə, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. İİV-ə yoluxmaya yüksəkmeyilli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əks-epidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir".
Xatırladaq ki, 1988-ci ildən etibarən hər il dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir.