RU

Yaxın gələcəkdə QİÇS-in ekspress testlərlə müəyyən edilməsi mümkün olacaq

QİÇS sahəsində gözlənilən ən böyük yenilik ondan ibarət olacaq ki, onun diaqnostikası davamlı, ucuz və ekspress testlərlə mümkün olacaq.

APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq bu məsələ gündəmdədir: “Mən düşünürəm ki, digər bir çox infeksion xəstəliklərdə olduğu kimi, ekspress testlərlə cəmi 15 dəqiqəyə nəticə almaq mümkündürsə, İÇV-in diaqnostikasında da bu, əlçatan olacaq. Bu bir nailiyyətdir. İkinci nailiyyət isə ondan ibarətdir ki, QİÇS-in müalicəsində istifadə olunan dərmanların yan təsirlərinin daha da azalması gözlənilir. Bu dərmanları davamlı qəbul edən şəxslərdə müalicə prosesinin daha yüngül keçməsi də nəzərdə tutulur”.

O bildirib ki, bu nailiyyətlərin reallaşması hələ yaxın perspektivdə olmasa da, gələcək üçün proqnozlaşdırmaq olar ki, uzun müddət sonra QİÇS üçün ya tam sağalma ilə nəticələnən müalicə üsulu tapılacaq və tətbiq olunacaq, ya da xəstəlik üçün effektiv peyvənd hazırlanacaq. Bu da xəstəliyə son qoymağa imkan verəcək. Hələ ki, bu istiqamətdə işlər davam edir.”

Избранный
9
3
apa.az

5Источники