RU

QİÇS diaqnostikası ekspress testlərlə əlçatan olacaq - Səhiyyə rəsmisi

Bakı.Trend:

QİÇS sahəsində gözlənilən ən böyük yenilik ondan ibarət olacaqki, onun diaqnostikası davamlı, ucuz və ekspress testlərlə mümkünolacaq.

Trend xəbərverir ki, bunu bu gün Bakıda Ümumdünya QİÇS-lə mübarizə gününə həsrolunan konfransı çərçivəsində Səhiyyə nazirinin müavini NadirZeynalov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq bu məsələ gündəmdədir:

“Düşünürəm ki, digər bir çox infeksion xəstəliklərdə olduğukimi, ekspress testlərlə cəmi 15 dəqiqəyə nəticə almaq mümkündürsə,İİV diaqnostikasında da bu, əlçatan olacaq. Bu, mühüm nailiyyətdir.İkinci nailiyyət isə ondan ibarətdir ki, QİÇS-in müalicəsindəistifadə olunan dərmanların əks təsirləri daha da azalacaq. Budərmanları davamlı qəbul edən şəxslərdə müalicə prosesi daha yüngülkeçəcək”, – deyə o bildirib.

O əlavə edib ki, QİÇS üçün ya tam sağalma ilə nəticələnənmüalicə üsulu tapılacaq və tətbiq olunacaq, ya da xəstəlik üçüneffektiv peyvənd hazırlanacaq. Bu da xəstəliyə son qoymağa imkanverəcək. Hazırda bu istiqamətdə işlər davam edir.

Məqalədə:
Избранный
16
3
az.trend.az

5Источники