RU

Texnoloji ixtisaslara maraq kəskin artıb - Nazir müavini

Ali təhsil müəssisələrində də texnoloji ixtisaslara maraq kəskin artıb. Son 10 il ərzində bu sahələr üzrə qəbul planı dəfələrlə artırılıb.

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə müsahibəsində bildirib. 

H.Həsənli qeyd edib ki, aparıcı universitetlərdə yüksək bal toplayan abituriyentlərin əksər hissəsi məhz rəqəmsal və texnoloji ixtisaslara üstünlük verirlər. Bu, həm yerli, eləcə də qlobal əmək bazarının tələbləri ilə əlaqələndirilir.

Nazir müavinin sözlərinə görə, Azərbaycanda rəqəmsal bacarıqların, STEAM təhsilinin və innovativ layihələrin tətbiqi də genişlənməkdədir:

“Bu proses turizm, mədəniyyət və ekologiya kimi müxtəlif sahələrə də müsbət təsir göstərir. Təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində şagirdlərin artıq yalnız nəzəri biliklərlə kifayətlənmədiyi, öz bacarıqları və kreativ düşüncələri ilə real məhsullar hazırlamağa başlayıblar”.

Məktəblərdə STEAM və rəqəmsal bacarıqlar üzrə layihələrin miqyası ilbəil artır və ölkədə ilk nəticələr görünməyə başlayıb. Gələcəkdə bu sahələr üzrə yetişən mütəxəssislərin əmək bazarında daha hazırlıqlı formada çıxış edəcəkləri və ölkənin iqtisadi inkişafına ciddi töhfə verəcəkləri gözlənilir”.

O, həmçinin əlavə edib ki,  regionlarda da rəqəmsal transformasiya geniş vüsət alıb: 

“İnternet və kompüterlə təminat səviyyəsinin yüksəlməsi nəticəsində şagirdlər və müəllimlər layihələrdə aktiv iştirak edə bilir”.

Избранный
9
2
modern.az

3Источники