ATƏT Minsk prosesini və əlaqədar strukturları bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.
“ATƏT Minsk prosesinin və əlaqədar strukturların bağlanması üzrə işini 30 noyabr 2025-ci il tarixində saat 23:59-da Azərbaycan və Ermənistanın Finlandiyanın ATƏT sədrliyinə birgə müraciətindən sonra Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul etdiyi qərarına uyğun olaraq başa çatdırıb”, - bəyanatda deyilir.
Qeyd olunur ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir.
“Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladığı tarixi Birgə Bəyannamənin ardınca qəbul edilmiş ATƏT-in bütün 57 iştirakçı dövlətinin sentyabrın 1-də qəbul edilmiş konsensus qərarının icrası idi”, - mətndə qeyd olunur.