RU

Müştəri getdiyi restoranın mətbəxinə baxa bilərmi? AÇIQLAMA

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Son günlər sosial şəbəkələrin Türkiyə seqmentində vaxtilə restoran və kafelərdə çalışan şəxslərin etirafları diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, çox sosial şəbəkə istifadəçisi məhsulların anbarlarda antisanitar şəraitdə saxlanılması, ucuz və ya xarab məhsullardan istifadə edilməsi, qab-qaşığın təmiz yuyulmaması ilə bağlı açıqlamalar veriblər.

“Restoranlarda heç nə yeməyin”, “bunların necə hazırlandığını görsəniz, əl vurmazsınız” kimi başlıqlarla yayılan videolar narahatlıq doğurub.

Ölkəmizdə də belə halların olması istisna deyil. Aidiyyəti dövlət qurumları tərəfindən yoxlamalar aparılmasına baxmayaraq, restoranlarda masala və stullarda çirk, yeməklərlə bağlı şikayətlər kimi müxtəlif hallara rast gəlinir.

Hər bir müştəri daxil olduğu iaşə obyektinin sanitariya tələblərinə uyğun fəaliyyət göstərməsini arzulayır.

Bəs müştərinin mətbəxə girib vəziyyətlə tanış olmağa haqqı varmı?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan qida mütəxəssisi İlkin Şirinov bildirib ki, kafe və restoranlar müştərilərin bu mövzuda suallarını cavablandırmaqdan imtina edə bilməz:

“Ümumiyyətlə, restoran və kafelərdə antisanitar vəziyyətin müzakirəsi hər zaman diqqət mərkəzində olan məsələlərdir. Çünki burada sual yaranır: müştərinin mətbəxə daxil olmaq hüququ varmı?

Müştərinin mətbəxə daxil olmaq hüququ var, amma şərtlidir. Qanun birbaşa “müştəri mətbəxə girməlidir” demir. Lakin “Qida təhlükəsizliyi haqqında” qanuna görə obyekt şəffaf fəaliyyət göstərməlidir və müştərinin qida ilə bağlı suallarına tam şəkildə cavab verilməlidir.

İstehlakçıya təhlükəsizliklə bağlı məlumat verməkdən imtina etmək olmaz. Əgər müştəri hər hansı qida, mətbəxin fəaliyyəti və ya sanitariya normaları barədə məlumat almaq istəyirsə, buna cavab verməmək mümkün deyil.

Müştərinin mətbəxə baxmaq istəyi də mümkündür, amma kütləvi halda yox. Onun mətbəxə buraxılması iaşə obyektinin şərtlərinə bağlıdır. Obyekt sahibi “sən bura girə bilməzsən” deyə bilər, amma bunun əsaslandırılması vacibdir. Gigiyena səbəbi ilə müştəriyə əlcək və ya baş örtüyü təqdim etmək şərti ilə o, mətbəxə baxa bilər”.

İ.Şirinov hesab edir ki, ən yaxşı variant mətbəxin şəffaf fəaliyyət göstərməsidir: 

“Artıq bir çox obyektlər açıq mətbəx qurur. Müştərilər zalda oturduqları yerdən mətbəxi açıq şəkildə görə bilirlər. Bəziləri isə mətbəxdəki prosesi videokameralarla ekrana verirlər. Bu da müştəridə müsbət fikir yaradır.

Əgər obyekt müştəriyə “girmək olmaz” deyirsə və səbəbini izah etmirsə, bu artıq qırmızı siqnaldır. Səbəbin niyə izah edilməməsi şübhə yaradır. Deməli, bu obyektdə normalara cavab verilmir, ucuz xammaldan istifadə olunur, soyuducu və anbar rejimi pozulub, yeməklər antisanitar şəraitdə saxlanılır və s.

Həmçinin aşpazların şəxsi gigiyenaya əməl etməməsi və ya xəstə halda işləməsi də problem yaradır. Bu hallar sonda müştərilərin kütləvi narazılığına səbəb olur”.

Billurə Yunus

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
olke.az

2Источники