RU

Ağır qəza oldu Xəsarət alan var

ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Şabranda qatarın evakuatorla toqquşması nəticəsində sürücü yaralanıb. Sürücünün vəziyyəti ağır olduğundan Bakıya aparılıb.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Şabran rayonunun Uzunboyad kəndində, Sarvan dəmiryol stansiyası ərazisində baş verib.

Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub. Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
119
6
metbuat.az

9Источники