RU

İsveçdə sağlamlıq turizmi bütün dünyada populyarlıq qazanır

Stokholm, 1 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin “Visit Sweden - The Swedish Prescription” (“İsveç resept ilə”) kompaniyası sayəsində dünyada böyük maraq doğurub. Kampaniya çərçivəsində ABŞ, Böyük Britaniya, Niderland və Almaniyadan olan həkimlər sağlamlıq məqsədilə İsveçə səfərləri “resept olaraq yazmaq” ideyasını dəstəkləyirlər.

Səfərlər turistlər tərəfindən ödənilsə də, təşəbbüs təbiəti və mədəniyyəti sağlamlığın yaxşılaşdırılması amili kimi qəbul etməyin artan qlobal tendensiyasını vurğulayır.

AZƏRTAC xəbər verir ki, “Visit Sweden”in baş direktoru Susanna Anderssonun sözlərinə görə, kompaniya “Təbiət resept ilə” və həcmi 2022-ci ildə 651 milyard dollara çatan sağlamlıq turizmi kimi qlobal tendensiyaları birləşdirir. İsveç unikal təbiəti və mədəniyyəti ilə sağlamlığın bərpası üçün təbii bir məkan kimi qəbul edilir.

Təbliğat təsiri çox böyük oldu - 70 ölkədə 1800-dən çox material, eləcə də “Forbes”, “Le Figaro” və “Daily Mail” də daxil olmaqla, “CBS”, “Fox News “və böyük nəşrlərdə süjetlər dərc olunmuşdu. Kompaniya, həmçinin sosial mediada, xüsusən də “TikTok”da geniş yayıldı və burada gənc auditoriyanı fəal şəkildə cəlb etdi.

Turist sayının faktiki artımını qiymətləndirmək üçün hələ tez olsa da, “Visit Sweden” ümid edir ki, ölkə imicinin uzunmüddətli möhkəmlənməsi hazırda təxminən 52% təşkil edən hotel doluluğunun artmasına kömək edəcək. Təşkilat overturizm riski olmadan davamlı artıma can atdığını vurğulayır.

Избранный
16
azertag.az

1Источники