Beynəlxalq Avtomobil Federasiyası (FİA) “Mercedes” komandasının 19 yaşlı Formula-1 debütantı Andrea Kimi Antonelliyə qarşı sosial şəbəkələrdə baş verən hücumlarla bağlı rəsmi açıqlama yayıb.
90deqiqe.Az xəbər verir ki, FİA-nın bəyanatında qeyd olunur:
“FİA və təşkilatın ‘Onlayn zorakılığa qarşı birlik’ təşəbbüsü təhqir və hər növ zorakılığı qəti şəkildə pisləyir. İdmanımızda çalışan hər kəs üçün təhlükəsiz və hörmətli mühitin qorunması son dərəcə vacibdir. Biz Kimi Antonellini dəstəkləyirik və həm onlayn, həm də oflayn mühitdə bütün ictimaiyyəti pilotlara, komandalara, rəsmilərə və idman ekosisteminin bütün nümayəndələrinə hörmət və anlayışla yanaşmağa çağırırıq”.
Qeyd edək ki, gənc pilot Qətər Qran-prisinin finalında buraxdığı səhvə görə – lider Lando Norrisə yolu açdığı üçün – onlayn təzyiqlərlə üzləşib.