RU

Azərbaycanlı bloger robot it alıb

Azərbaycanlı bloger Elmira Namazova sosial şəbəkədə maraqla qarşılanan yeni paylaşım edib.

“Cebheinfo.az” xəbər verir ki, “Instagram” hesabında video yayımlayan Elmira evinə robot it aldığını bildirib.

Onun sözlərinə görə, ağıllı cihaz artıq 6 aydır ki, ailənin bir üzvü kimi evdə yaşayır. Bloger robot iti izləyicilərinə “Evimizin yeni sakini… Həyəcanla gözləyirdim” sözləri ilə təqdim edib.

Kadrlarda robot itin hərəkətləri, Elmira ilə “reaksiyaları” və ev mühitinə uyğunlaşması əks olunub.

Paylaşım qısa müddətdə çoxsaylı baxış və rəy toplayıb.

“Cebheinfo.az”

Избранный
38
cebheinfo.az

1Источники