"Real"ın əfsanəsi, İspaniya millisi ilə dünya və Avropa çempionu olan Serxio Ramos karyerasını "Milan"da davam etdirmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə İtaliya KİV-ləri məlumat yayıb.
39 yaşlı müdafiəçi xidmətlərini "rossoneri"yə təklif edib. Ramosun hazırda çıxış etdiyi Meksikanın "Monterrey" klubu ilə sözləşməsi 2025-ci ilin sonunda başa çatır. Bu səbəbdən o, azad agent statusu ilə "qırmızı-qaralar"la müqavilə bağlaya bilər.
Xatırladaq ki, hazırda "Milan"da Ramosun "Real"dakı keçmiş komanda yoldaşı, 40 yaşlı Luka Modriç çıxış edir.