RU

Polietilen torbalar BAHALAŞDI – YENİ QİYMƏTLƏR – FOTOFAKT

Marketlərdə polietilen torbaların qiyməti yenidən bahalaşıb.

Day.Az xəbər verir ki, Bizim.Media-nın paytaxtdakı bir sıra ticarət obyektlərində apardığı müşahidələrə əsasən, kiçik ölçülü polietilen torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə, böyük ölçülü torbaların qiyməti isə 5 qəpikdən 7 qəpiyə qaldırılıb.

Qeyd edək ki, Azərbaycanda 15 fevral 2023-cü ildən etibarən alış-veriş zamanı istifadə olunan polietilen torbalar pulla satılmağa başlanılıb.

Bu qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinə ünvanlanan məktubda əksini tapıb. Həmin məktubda bildirilib ki, polietilen tullantılarının ətraf mühitə zərərli təsirlərinin azaldılması məqsədilə Nazirlər Kabinetinin 25 nömrəli qərarına əsasən, market kassalarında məhsulların yığılması üçün istifadə olunan 15-50 mikron qalınlığında polietilen torbalar ayrıca məhsul kimi ödənişli satılmalıdır.

  • Polietilen
  • Polietilen
Избранный
11
2
day.az

3Источники