RU

Aslan İsmayılov: “Yaltaqlanmağın da həddi olmalıdır”

Son günlər bəzi səlahiyyət sahibləri Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının bağlanmasını tələb edirlər. Bu fikri çox yanlış və Dövlətimiz üçün zərərli sayıram.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

 

A.İsmayılov qeyd edib ki, bunu hakimiyyətə yarınmaq üçün edənlər isə elə hakimiyyətə, onun ən üstündə duranlara vurduqları ziyanları təsəvvür etmirlər: “İnanıram ki, bu addımın ifrat yarınmaq olduğunu yaxın günlərdə görəcəklər. Yaltaqlanmağın da həddi olmalıdır. Heç kim yaddan çıxarmasın ki, bu gün ölkədə baş verənləri başqaları, xüsusilə bizə düşmən olanlar da diqqətlə izləyirlər”.

Tarix: 2 Dekabr 2025, 12:55   
Избранный
27
pravda.az

1Источники