RU

Şərurda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Bakı. Trend:

Şərur rayonunda oğurluq hadisəsi baş verib. Rayonun Tumaslıkəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pul vəsaitinininnaməlum şəraitdə oğurlanmasını bildirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, Şərur Rayon Polis İdarəsi əməkdaşlarınınkeçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəlibilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla Ü.Tağıyevin rayon ərazisində yerləşən digər birevdən ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat dəyərindəqızıl-zinət əşyası və 50 manat pul vəsaiti oğurlanması da məlumolub.

İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayonərazisindəki evlərin birindən 430 manat nağd pul oğurlamaqdaşübhəli bilinən Y.Sadiqov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Избранный
37
26
az.trend.az

10Источники