RU

Əhalinin borclanma səviyyəsinin artması ortaya hansı riskləri çıxarır? - AÇIQLAMA

Bakı, 2 dekabr, AZƏRTAC

Əhalinin borclanmasının artması maliyyə sabitliyi üçün müəyyən risklər yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, risklərin səviyyəsi borcun strukturundan asılıdır.

“Əgər borclanma əsasən istehlak kreditləri hesabına formalaşırsa, bu daha ciddi təhlükə yaradır. Çünki insanların kredit öhdəliklərinin artması onların ödəniş qabiliyyətini zəiflədir və nəticədə bütün maliyyə sisteminə mənfi təsir göstərir”, - deyə ekspert vurğulayıb.

Eldəniz Əmirov vəziyyəti izah etmək üçün belə bir misal gətirib: “Əgər bir bank qarşısında 5–10 nəfərin borcu varsa, bu həmin şəxslərin problemidir. 5–10 min nəfərin borcu varsa, artıq bu, bankın problemidir. Belə bankların sayı çoxaldıqda isə məsələnin ölkənin maliyyə sistemi üçün problemə çevrilməsi qaçılmaz olur. Əhalinin borclanmasının artması arzuolunan hal deyil. Ümumilikdə borclanma özü risk deyil, lakin proses mütləq idarəolunan səviyyədə saxlanmalıdır”.

Onun fikrincə, tənzimləyici qurumlar istehlak kreditlərinin ümumi kredit portfelində payının 5 faizi keçməsinə imkan verməməlidirlər.

 

Избранный
16
azertag.az

1Источники