Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov