RU

Dekabr BU BÜRCLƏR üçün dönüş nöqtəsi olacaq – MÖCÜZƏ BAŞLAYIR

Dekabr ayı bəzi bürclər üçün sadəcə ilin sonu deyil, həm də tamamilə yeni bir mərhələnin başlanğıcı olacaq.

Planetlərin hərəkəti, xüsusən də Merkuri geriləməsinin bitməsi və Günəşin mövqeyinin dəyişməsi bəzi bürclərin həyatında gözlənilməz, amma çox vacib dönüş nöqtələri yaradacaq. Karyera yüksəlişi, maliyyə sabitliyi, sevgi həyatında irəliləyiş və şəxsi inkişaf bu bürclərin həyatında əsas mövzulara çevriləcək.

Aşağıda adları çəkilən bürclər dekabrın enerjisindən ən güclü şəkildə yararlanacaq:

Qoç – Şəxsi yüksəliş dövrü başlayır

Dekabr Qoçlar üçün nəfəs payı kimi gəlir. Uzun müddətdir çətinlik çəkdiyiniz mövzularda irəliləyiş görünəcək. Karyerada yeni təkliflər, rəhbərlik mövqeyi və ya gözlənilməz dəstək qapıları açılacaq. Şəxsi həyatınızda isə özünüzə güvən artır, qərar vermək asanlaşır.

Əkizlər – Köhnəni bitirib yeniyə keçid ayı

Əkizlər üçün bu ay yenilənmə vaxtıdır. Sizi yoran situasiyalar arxada qalır, yeni tanışlıqlar və yeni fürsətlər həyatınıza daxil olur. Maliyyə sahəsində sürpriz gəlir, gözləmədiyiniz mənbədən pul axını mümkün ola bilər. Ulduzlar risk etməyi dəstəkləyir.

Şir – Şans çarxı sizin üçün dönür

Şirlər üçün dekabr bərəkət və uğur ayıdır. Qismət mövsümü başlayır: həm işdə, həm də şəxsi həyatda sizi sevindirəcək xəbərlər gələcək. Uzun müddət gecikən bir arzu nəhayət gerçəkləşə bilər. Romantik tərəfdən də möhkəmlənmə var – münasibətə rəsmilik və ya yeni başlanğıc ehtimalı yüksəkdir.

Oxatan – Taleyin qapıları açılır

Oxatanlar üçün dekabr böyük imkanlar ayıdır. Xariclə bağlı planlar, təhsil, səyahət və iş təklifləri ön plana çıxır. Ulduzlar sizə genişlənmə enerjisi verir – özünüzü daha azad, daha güclü və daha aydın hiss edəcəksiniz. Həyatınızda “yeni səhifə” təsiri yaradan bir qərar verilə bilər.

Balıqlar – Köklü dəyişikliklərə hazır olun

Balıqlar üçün dekabr həm daxilən, həm də xaricən dəyişimin ayıdır. Uzun müddətdir sizi sıxan emosional yükdən azad olursunuz. Bu ay həm karyera, həm də sevgi sahəsində dönüş nöqtəsi gətirə bilər. Yeni başlanğıc, yeni əməkdaşlıq və ya yeni münasibət ehtimalı çox güclüdür.

 

Избранный
10
2
nocomment.az

3Источники