RU

Kiberpolisdən daha bir ƏMƏLİYYATVİDEO

Kiberpolis onlayn dələduzluq piramidasına qarşı əməliyyat keçirib.

Xezerxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə "Zuerx" platformasını idarə edən şəxslər - 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, onlar "vhatsapp" və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə "Zuerx" piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər.

Şirnikləndirici təkliflərə aldanan şəxslər isə daha çox gəlir əldə etmək niyyətilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri piramidanın fəaliyyətini dayandırıblar .

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
48
8
xezerxeber.az

10Источники