RU

Yolayrıcında qəza: İki “Mercedes” toqquşdu ANBAAN VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Ağcabədi rayonunda baş vermiş yol nəqliyyat hadisəsi nəzarət kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 26-da saat 12:11 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi,“Mercedes” markalı avtomobil yolayrıcına daxil olaraq sola dönüb. Bu zaman o, həmin istiqamətdən gələn “Mercedes” markalı maşınla toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanuna görə, nizamlanmayan yolayrıcılara daxil olan sürücülər qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətini nəzərə almalı, təhlükəsizliyi təmin etməlidirlər. Nizamlanmış yolayrıcılarda isə sürücülər işıqforun göstərişlərinə riayət etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
avtosfer.az

1Источники