RU

Pulişiç zədəli olsa da “Latsio”yla oyuna çıxa bilər

“Milan”ın hücumçusu Kristian Pulişiç İtaliya Kubokunun 1/8 finalında “Latsio”ya qarşı matç öncəsi hazırlığını davam etdirir.

90deqiqe.Az-ın "Tuttomercatoweb"a istinadən məlumatına görə, amerikalı futbolçu bu gün məşqin ilk hissəsini komanda ilə birlikdə planlaşdırıldığı kimi tamamlayıb. Daha sonra o, məşqin ikinci hissəsini fərdi proqram üzrə davam etdirib.

Pulişiç hələ tam bərpa olunmayıb, buna görə də onun paytaxt təmsilçisinə qarşı oyunun iştirak ərizəsinə düşüb-düşməyəcəyi hələ məlum deyil.

Cari mövsümdə 27 yaşlı futbolçu “Milan”ın heyətində 10 oyunda iştirak edib, 7 qol və 2 assist ilə yadda qalıb.

Избранный
42
90deqiqe.az

1Источники