Əvvəlcə pulsuz, daha sonra 3, indi isə 5 qəpik...
Marketlərdə satılan polietilen torbaların qiyməti artıb. Belə ki daha əvvəl kiçik ölçülü torbalar 3 qəpik idisə, indi 5 qəpik, böyükölçülü torbalar 5 qəpik idisə indi 7 qəpiyə təklif olunur. Yəni, torbaların 2 qəpiyə qədər bahalaşşb.
Göstərilən qəbzlər bir neçə böyük marketlər şəbəkəsinə aiddir. Bu qəbzlərdə də kiçik torbalar 5, böyük torbalar isə 7 qəpik qeyd edilib.
Vətəndaşlar bildirirlər ki, qiymət artımı 2 gün əvvəldən başlayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, qiymət artımı ilə yanaşı torbaların keyfiyyəti də aşağı düşüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.