RU

Putinlə görüşdən əvvəl Uitkoffa yeməkdə nə təqdim olunub? -Menyu

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfəri zamanı klassik rus mətbəxinin təamları ilə qonaq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Məlumata görə, Uitkoffa qırmızı kürü, ağbalıq (Beluqa) və durnabalığının kürüsü, 1961-ci il resepti ilə hazırlanan “Paytaxt” salatı, qarabaşaqla doldurulmuş kəklik əti, xüsusi reseptlə hazırlanmış maral əti və müxtəlif soyuq qəlyanaltılar təqdim olunub. Bildirilib ki, ABŞ nümayəndəsi əlavə olaraq özü üçün xüsusi yemək – pendirli buğda çörəyi sifariş edib.

Xatırladaq ki, Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner dekabrın 2-də Rusiya Prezidenti ilə danışıqlar üçün Moskvaya gəlib. Hazırla Kremldə onların Rusiya lideri Vladimir Putinlə görüşü davam edir.

 






Избранный
60
2
redaktor.az

4Источники