RU

Londonda Faberjenin “Qış yumurtası” rekord qiymətə satılıb

Bakı. Trend:

Rusiya imperatoru II Nikolayın kolleksiyasına aid Faberjenin“Qış yumurtası” Londonda 19,5 milyon funt sterlinqə (25,7 milyondollar) satılaraq bu növ zərgərlik məmulatları üçün yeni rekordmüəyyən edib.

Trend xəbər verirki, bu barədə "Christie's" hərracından sonra hərrac mütəxəssisi YuGe Van məlumat verib.

Onun sözlərinə görə, komissiya da daxil olmaqla, alıcı əşya üçünümumilikdə 22,9 milyon funt sterlinq (30,2 milyon dollar)ödəyəcək.

Qeyd olunub ki, "Qış yumurtası" II Nikolayın anası, imperatriçaMariya Feodorovnaya 1913-cü il Pasxa bayramı münasibətilə hədiyyəedilib. Yumurtanın gövdəsi qaya büllurundan hazırlanıb və içibrilyantlarla bəzədilib.

Избранный
42
az.trend.az

1Источники