RU

Xəzər dənizinin sahillərində 484 ölü suiti tapılıb (Yenilənib)

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəzər dənizinin Dağıstan sahillərində aşkarlanan ölü suitilərin sayı artıb.

Bu barədə Dağıstanın Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, heyvanların cəsədləri respublikanın bir sıra rayonlarında tapılıb.

Qeyd olunub ki, nazirliyin mütəxəssisləri Mahaçqala, Karabudaxkənd, Kayakent və Dərbənd rayonlarının sahil zolağında araşdırma aparıblar. Nəticədə sahillərdə ölmüş 484 suitinin cəsədi tapılıb.

Heyvanların ölüm səbəbini müəyyən etmək üçün Dağıstanın Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlara müraciətlər göndərib. Sahil ərazilərində tədqiqatlar davam etdiriləcək(Report).

***

Xəzər dənizinin sahillərində 320-dən çox cəsəd tapılıb.

Bu məqamda "Report" "TASS"a əsaslanaraq məlumat verir.

"Sulak çayının aşağı axınından Terek çayına qədər 322 cəsəd tapılıb", - deyə bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
4
mia.az

5Источники