RU

“Amazon” Avropadakı satıcılar üçün komissiya haqlarını endirir

Müəllif:Mehin Qasımova,Banco.az

"Amazon" Avropadakı satıcılar üçün ödənişləri azaldacağını açıqlayıb. 

Banco.az xəbər verir ki, dekabrın 15-dən etibarən 15 avro və ya funt-sterlinqə qədər olan geyim və aksessuarlar üçün komissiya 7%-dən 5%-ə, 15–20 avro/funt məhsullar üçün isə 15%-dən 10%-ə endiriləcək.

Şirkət bu addımı “Shein” və “Temu” kimi şirkətlərlə rəqabətə cavab olaraq atır.

Fevralın 1-dən etibarən isə 20 avroya qədər olan məişət məhsulları, ev heyvanları üçün geyim, ərzaq və vitaminlər üçün ödənişlər də azaldılacaq.

“Amazon” bildirib ki, əməliyyat xərclərini azaldaraq satıcılar üçün qənaəti artırır.

Avropada “Amazon” hələ də dominant platforma olaraq qalır və gəlirlərinin bu il 900 milyard avroya çatacağı proqnozlaşdırılır.

Избранный
15
1
banco.az

2Источники