RU

Məhkəmə dayısına görə qardaşları bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ziyəddin Məmmədov, onun dayısı oğlanları, xuliqanlıqda ittiham olunan Fikrət və Ariz Sarıyev qardaşlarının (ad və soyadları şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya protesti təmin edilməyib. Ziyəddin Məmmədovun Cinayət Məcəlləsinin (CM) 126.1-ci maddəsi ilə məhkum olunmasına, digərlərinin CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.


İttihama görə, Ziyəddin Məmmədov dayısının həmkəndliləri - zərərçəkmiş Alim Əsədov və onun qardaşı, zərərçəkmiş Sahil Əsədov (hər ikisinin adı, soyadı şərtidir) tərəfindən fiziki zor tətbiq edilərək döyülməsi iddiasını əsas gətirib. O, dayısı uşaqları – Fikrət və Ariz Sarıyevlə birlikdə 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Çiçək yaşayış massivində yerləşən “Əli” adlı marketin yaxınlığındakı ət dükanının qarşısına gəlib.


Hadisə tərəflərin əvvəlki münaqişə ilə bağlı yaranmış narazılığı fonunda mübahisə şəraitində baş verib. Mübahisə zamanı Ziyəddin üzərində gəzdirdiyi cib bıçağı ilə yetkinlik yaşına çatmayan Alimə zərbələr endirərək ona xəsarət yetirib. Sonra o, bıçaqla Sahilin bel nahiyəsindən bir zərbə vuraraq ona yüngül bədən xəsarəti yetirib. Fikrət və Ariz isə taxta parçası ilə sözügedən qardaşları zərbələr vurub.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ziyəddin Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib və Fikrət və Ariz Sarıyevə isə bəraət verilib.

Kamal Məmmədov 

Tarix: 3 Dekabr 2025, 09:20   
Избранный
15
pravda.az

1Источники