RU

Bakıda ər hamilə arvadını buna görə döydü - İLGİNC...

Bakı Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Nağı Yusifovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizə təqdim edib.


O, ərizəsində apellyasiya şikayətindən imtina etdiyini göstərərək, verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edib.


Qərara əsasən, ərizə təmin edilib, apellyasiya şikayətinin baxılmasına xitam verilib.


İttihama görə, Nağı Yusifov həyat yoldaşı Nazilə Yusifovanın (adı, soyadı şərtidir) kəskin psixotik vəziyyətlə əlaqədar xəstəxanada müalicə aldığını bilə-bilə, onu heç bir əsas olmadan mütəmadi döyərək fiziki ağrı və psixi iztirablara məruz qoyub.


İstintaqın müəyyən etdiyi məlumata görə, 12 iyul 2024-cü il saat 15 radələrində ailənin paytaxtın Xəzər rayonu ərazisində yaşadığı ünvanda baş verən hadisə zamanı təqsirləndirilən şəxs hamilə vəziyyətində olması səbəbindən müqavimət göstərmək imkanını qismən itirmiş və hərəkət məhdudiyyəti olan zərərçəkmişə qarşı zorakı davranış nümayiş etdirib. O, Naziləyə səsini qaldırdığı üçün irad bildirib, ardından onu cəzalandırmaq məqsədilə baş nahiyəsinə və yanaqlarına bir neçə şillə vuraraq döyüb.


Məlumata görə, Nağı ailənin dağılmaması üçün zərərçəkmişin şikayət etməyəcəyinə arxayın olaraq, zorakı hərəkətlərini müxtəlif bəhanələrlə 2024-cü ilin iyul ayına qədər mütəmadi şəkildə təkrarlayıb. Bu müddət ərzində qadına nalayiq sözlərlə təhqir edərək, ona əl və ayaqları ilə qəsdən zərbələr endirib, nəticədə bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.


Bundan əlavə, həmin ildə baş vermiş digər hadisə zamanı Nağı hamilə həyat yoldaşını nalayiq sözlərlə təhqir edərək döyüb, bədənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib. Bu zaman sol diz və sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan xəsarətlər baş verib.


İstintaq orqanı hesab edib ki, təqsirləndirilən şəxs hamilə və köməksiz vəziyyətdə olan qadına mövcud qanunlardan kənara çıxaraq sistemli şəkildə zorakılıq göstərib və ona güclü fiziki ağrı, psixi iztirab verib.


Məhkəmə iclasında ifadə verən Nağı Yusifov Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib. O, Nazilə ilə 2024-cü ilin yanvar ayında ailə həyatı qurduğunu, münasibətlərinin ümumiyyətlə mehriban olduğunu, mütəmadi zorakılıq hallarının baş vermədiyini deyib.


Təqsirləndirilənin sözlərinə görə, ailədə yaranan narazılıqlar əsasən onlarla birlikdə yaşayan qayınananın müdaxiləsi səbəbindən baş verib. O, yalnız bir dəfə, 2024-cü ilin iyul ayında yeməyə artıq duz qatıldığına görə əsəbiləşərək həyat yoldaşına yüngül şəkildə vurduğunu, buna baxmayaraq, daimi zorakılıq tətbiq etmədiyini etiraf edib.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 


Избранный
15
1
azia.az

2Источники