RU

Los Ancelesdə erməni saxlanıldı Azərbaycana deportasiya olunacaq FOTO

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Los-Ancelesdə Deportasiya və Saxlamalara Nəzarət İdarəsi (U.S. Immigration and Customs Enforcement – ICE/ERO) Azərbaycanda doğulmuş 45 yaşlı Rafael Vladimiroviç Sərkisyanın saxlanılması barədə məlumat yayıb.Bakupost.az slavicsac.com saytına istinadən xəbər verir ki, qurumun məlumatına görə, Sərkisyan noyabrın 25-də həbs edilib. Hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsində bildirdiyinə əsasən, o, daha əvvəl nəzarət olunan maddə istehsalı, tikiliyə od vurma və heyvanlara qarşı qəddar rəftar ittihamları üzrə təqsirli bilinib.ICE-in məlumatına görə, doğulduğu ölkə – Azərbaycana deportasiya olunacaq Rafael Sərkisyan hazırda Kaliforniyada nəzarət altındadır. O, “Adelanto Detention Facility” saxlanma mərkəzində saxlanılır.Sərkisyan hazırda deportasiya prosedurunu gözləyir.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
5
www.bakupost.az

6Источники